10 il ruhi dispanserdə yatan adam bizə nə deyə bilər? - Nail Kəmərlinin səhvi

10 il ruhi dispanserdə yatan adam bizə nə deyə bilər? - Nail Kəmərlinin səhvi
19 mart 2024
# 16:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Nail Kəmərlini hamınız yaxşı tanıyırsınız.

Ona görə də xüsusi tanışlıq vermədən mövzuya keçirəm.

Nail adətən narkomanların həyatını, onların hansı vəziyyətdən hansı vəziyyətə gəldiklərini göstərir.

Bəzən də narkomaniyanın tüğyan elədiyi məhəllələri, küçələri çəkir.

Adətən qınayırlar onu.

Çünki bəzən çox ifrata varır.

Bəzən təqdimatı elə qurur ki, adam deyir, bir baş olsaydı, çəkərdik.

Ancaq bütövlükdə gördüyü işə tərs şillə ilişdirə bilmərik.

Məsələn, bəzi yerlərdən çəkdiyi videolar kifayət qədər cəsarətlidir.

Əminəm ki, onu yerli-yersiz qınayanların əksəriyyəti o videoları çəkə bilməz.

Di gəl ki, bəzən əndazəni aşır.

Məsələn, son videosu çıxdı qarşıma. Adam 10 il ruhu dispanserdə yatan bir nəfərdən müsahibə alır.

Və onun dediklərini “gizli gerçəklər” kimi təqdim eləyir.

10 il ruhi dispanserdə müalicə almış adamın dediklərini insanlara mütləq həqiqət kimi təqdim etmək nə dərəcədə doğrudur?

Adamın sağaldığı dəqiq deyil.

Danışdıqlarının nə qədəri düzdür, o da bəlli deyil.

Belədir də, ölkədə yaxşı nələrsə olan kimi dartıb uzadırlar, axırda da mənasızlaşır.

Nailin də verilişi başlayanda yaxşı başladı.

Səs gətirdi.

Maraqlı adamlar... Maraqlı verilişlər...

Elə ki adamlar azalmağa, mövzular tükənməyə başladı, verilişlərin keyfiyyəti də düşdü.

İndi də belə...

Demirəm ki, ruhi dispanserlərdə belə vəziyyət yoxdur.

Demirəm ki, xəstəxanalarımızda xidmət ən yüksək səviyyədədir.

Demirəm ki, deyilənlər, danışılanlar ağ yalandır.

Hamımız bu ölkədə yaşayırıq.

Hamımız hər şeyi yaxşı biliririk.

Bəlkə, orada danışılanlardan da dəhşətli hadisələr baş verir.

Bəlkə, danışan şəxs çox şeyi deyə bilmir.

Bəlkə, vəziyyət daha acınacaqlıdır.

Heç kimin və heç yerin əl-üzünü yumaq niyyətim, amalım yoxdur.

Ümumiyyətlə, təkcə ruhu dispanserlərdə yox, qocalar evi və internatları da yaxşı-yaxşı araşdırmaq lazımdır.

Bu yerlər, əslində, cəmiyyətin həssas nöqtələridir.

Mütəmadi olaraq diqqət çəkmək lazımdır buralara.

Dəfələrlə acınacaqlı halların şahidi olmuşuq.

Amma və lakin hər şeyin bir üsulu, forması var.

Sən hər hansısa bir adamı efirə çağırırsan, o da deyir ki, dəlixanada filan şeylər olurdu.

Axı bu verilişinə on minlərlə, hətta yüz minlərlə insan baxır.

Kanal böyüdükcə, çata bildiyin insan sayı artdıqca məsuliyyət də artmalıdır.

Daha diqqətli, daha həssas yanaşmaq lazımdır məsələlərə.

Hərdən düşünürəm ki, bəlkə, mən hədsiz emosional yanaşıram.

Ancaq yox.

Tək mən belə düşünmürəm.

Tək sən belə düşünmürsən.

Biz belə düşünürük.

Hər şey aydın sabahlar naminə....


# 1939 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #