1 may günü nə olmuşdu? - Əmək Günü haqqında

1 may günü nə olmuşdu? - Əmək Günü haqqında
1 may 2025
# 18:10

1 May dünyada Beynəlxalq Əmək Günü kimi qeyd olunur. Əmək hüquqlarının müdafiəsi və işçilərin həmrəyliyini simvolizə edən bu əlamətdar gün müxtəlif ölkələrdə rəsmi tədbirlərlə, yürüşlərlə və ictimai aksiyalarla qeyd edilir. Zəhmətkeşlərin hüquqları uğrunda uzunmüddətli mübarizənin nəticəsi kimi tarixə düşən bu gün, təkcə keçmişin deyil, həm də bu günün və gələcəyin sosial ədalət çağırışlarını əks etdirir.

Kulis.az Beynəlxalq Əmək Gününün tarixi ilə bağlı materialı təqdim edir.

O günü nə baş vermişdi?

Beynəlxalq Əmək Günü ilk dəfə 1889-cu ildə II İnternasional tərəfindən rəsmiləşdirilib və 1890-cı ildən etibarən dünya ölkələrində qeyd olunmağa başlanıb.

Belə ki, bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır. 1886-cı ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib.

Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb.

Sonralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb.

Üç il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi - İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq 1 may gününü bütün dünya fəhlələrinin həmrəylik günü elan ediblər.

Dünyada ilk dəfə 1890-cı ildə bu bayramı qeyd ediblər.

Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü kimə tarixə düşüb.

1 May təkcə tarixə hörmət deyil, həm də əmək hüquqlarının qorunması, ədalətli əmək şəraiti və layiqli həyat tərzi üçün çağırış günüdür. Bu gün həm də işsizliyin azaldılması, qeyri-formal məşğulluğun qarşısının alınması və işçi təhlükəsizliyinin təmin olunması məsələlərinin diqqət mərkəzinə çəkildiyi platforma rolunu oynayır.


Əmək Günü dünyada

Bir May bayramı hazırda bir çox ölkələrdə fərqli qeyd olunur. Bəzi ölkələr bu günü zəhmətkeşlərin günü kimi deyil, yazın gəlişi, gözəllik və sevgi günü kimi qeyd edirlər.

İtaliyada

Bu ölkədə 1 may daha çox gül bayramı olaraq qeyd edilir. Kilsə və məbədlər güllərlə bəzədilir. Küçələrdə mahnılar oxunur və atəşfəşanlıq təşkil edilir.

Fransada

Fransada da insanlar bir-birinə gül-çiçək hədiyyə edirlər, lakin bu ölkədə 1 may tarixi zəhmətkeşlərin yürüşü ilə müşahidə olunur, hətta bəzən toqquşmalar da baş verir.

Böyük Britaniyada

1977-ci ildən 1 May bu ölkədə rəsmi bayram günü olaraq qəbul edilib. O zamankı höküməti təşkil edən Leyboristlər Partiyası bu günü bayram kimi elan etmişdi.

Türkiyədə

1980-ci il hərbi çevrilişindən sonra 1 May bayramı bu ölkədə ləğv edildi. Lakin minlərlə insan Türkiyənin əsas böyük şəhərlərində nümayişə çıxmaqla hökumətin onlara güzəştə getməsinə nail olublar.

Azərbaycanda

SSRİ dağıldıqdan sonra, 1992-ci ildə Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyulub.

# 2845 dəfə oxunub

Oxşar xəbərlər

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

18:30 22 oktyabr 2026
Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

Xalq artisti Firəngiz Əlizadəyə ağır itki

18:10 22 oktyabr 2026
Türkiyədə  arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

Türkiyədə arxeoloji qazıntılar zamanı qədim tapıntılar aşkarlandı

18:00 22 oktyabr 2026
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsi - Gənclər Kitabxanasında

17:30 22 oktyabr 2026
Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

Əfsanəvi təbiət serialının üçüncü mövsümü yayımlanacaq

17:00 22 oktyabr 2026
Leyla Əliyeva Səmərqənddə  İmam əl-Buxari memorial kompleksində

Leyla Əliyeva Səmərqənddə İmam əl-Buxari memorial kompleksində

16:51 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər