“Dünyaya kişi kimi gəlib düzəni dəyişmək istəyirəm”
7 sentyabr 2011
11:34
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın Kulis.az dərgisinə müsahibəsi
- Bir xeyli keçmişə qayıdaq. Məmməd Arazın qızı olmaq, hamının şair kimi sevdiyi, tanıdığı adamı məişətdə də tanımaq nə qədər asan və ya çətin idi?
- Belə deyim - ATAM mənimçün heç vaxt keçmişdə qalacaq xatirə deyil. Əksinə görürəm ki,onu bizdən ayıran illər artdıqca daha canlı gəlir gözümün qarşısına. Və mən anlayıram ki, nə qədər çabalasam da? Hamlet atasının kölgəsinin ardıyca sürünən kimi sürünəcəm dalıyca. O həmişə məndən nə qədər irəlidə olacaq, çata bilməyəcəm. Mən bu sualı belə dəyişərdim. Hamının səcdə etdiyi insan üçün məişətinin ən bəsit ,ən xırda problemlərini həll eləmək nə demək idi və hələ üstəlik, buna fiziki gücün də çatmırsa necə olsun?! Həm də belə insanlar məişətdə çox aciz olurlar. Onları ən kiçik inciklikdən qorumaq lazım gəlir. Və bunu üslənəndə özüm də azyaşlı idim, əvvəl anam, sonra mən, sonra da bacım bu prosesin iştirakçısı olduq. Çox cətin idi. Xırdalamaq istəmirəm.
- O, gözəl şair idi. Bəs, ata kimi necə?
- Mən inanmıram, kimsə atası haqqında nəsə xoşa gəlməyən bir söz desin. İndi nəyisə götür-qoy edəndə fikirləşirəm ki, yəqin ən xoş günlərim onun bizim əlimizdən tutub gəzməyə apardığı, bizi qucağında gəzdirdiyi, getdiyi səfərlərdən gətirdiyi sovqatları açıb bizə göstərdiyi, nazımızla oynadığı, əliylə bizə yemək yedirtdiyi, dalımızca məktəbə gəldiyi vaxtlar olub. Bilirsiz, mən uşaqlıqdan diqqət mərkəzində olmağa öyrənmişdim, bacım məndən 7 yaş kiçikdi. Uzun illər ailənin tək övladı olmuşam və indi dəqiq xatırlayıram ki, lap kiçik yaşlarımdan atama çox bağlı idim. O da cox nəvazişkar, qayğıcəkən, mehriban insan idi. Lap uşaqlığımdan da məni özüylə bərabər bütün şeir gecələrinə, yığıncaqlara aparırdı. Görünür, bu da mənim formalaşmağımda öz rolunu oynayıb. Deyək, bacım mənim kimi belə görüşlərin iştirakçısı ola bilmədi, onun vaxtına düşmədi ATAMIN tribunalardan guruldadığı zamanlar. Bəzən də düşünürəm ki, mənim kimi olmaq da heç yaxşı bir şey deyilmiş, reallıqları da görməyi bacarmaq lazım idi. Amma bir az böyüyən kimi çox sərt qanunlarla yaşadım evdə. Bunu dəfələrlə demişəm, təkrar olmasın, mən həbsxana rejimində böyümüşəm. Heç bir şeyə icazəm olmayıb və bu da məndə komplekslər yaradıb. İndiyə qədər də mən bu kompleksləri yenməklə məşğulam. Gec olsa da… Mən fikirləşirəm ki, yanlış tərbiyə olunmuşam. Qızları həyata hazır eləmək lazımdı. Dostoyevski və Tolstoyu oxumaqla ancaq idealların arxasınca gedə bilərsən, bunlar da həyatda köməyinə gəlmir sonra. Əksinə köməksiz olursan...
- Çətindirmi söz adamının övladı olmaq?
- O özü deyirdi ki, danışmaq da yükdür, susmaq da yükdür. Nə danışanları, nə də susanları qınamaq olmur. Dünyadı da, hərə birtəhər başını girləyir. Danışıb qazananlar da olur, itirənlər də. Eləcə susub qazananlar da olur, itirənlər də. Bizə bağışlanmış şərti zaman kəsiyində qazandıqlarımız da əslində çox şərtidir. Yəni anlaya bilsək ki, qamarladığımız kürsülər də, mövqelər də ötəridir, keçib gedəcək, insan fanidir, dünyanı tutub kimsə qalası deyil - onda “özümüzlə oynadığımız şahmata gülərdik”... Bilmirəm niyə, mənim üçün ədəbiyyat və əbədiyyət sözlərinin bir yaxınlığı var. Biz hər hansı bir etnosun tarixdəki yerini, mədəni inkişafını günümüzə gəlib çatmış ədəbi abidələrlə müəyyənləşdiririk. Yəqin bunu anladıqlarındandır ki, tarixdə iz qoymaq istəyən çox hökmdarlar özlərini ədəbiyyata calaq eləmək niyyətinə düşüblər. Ətrafdakı yaltaqlar xoru dövrün hakimi-mütləqlərinin həm də dahi söz adamı olduqlarını söyləsələr də, zaman “gülünclərə gülünc gələn bu ada gülüb”. İstedad elə bir anlamdır ki, onu nə taxt-tacla, nə pulla, nə də böyük qohumlar vasitəsilə satın almaq olmur. Yuxarıdakı mütləq həqiqət ki var, istedadı o verir. Verməyinə verir, amma artıqlamasıyla əvəzini alır. Hardasa bir istedad göyərəndə yanında neçə-neçə tikan bitir. Elə bil Tanrı verdiyinə peşman olur, cərimələr başlanır. Həyata uyğunlaşmağı, zəmanə ilə barışmağı bacarmırlar, əyilməyi, təzim etməyi bacarmırlar, yalan danışmağı bacarmırlar. Doğru danışanın dili kəsilir, həqiqət yazanın əli kəsilir. “Cəsarətin olmayanda qorxaq deyirlər, cəsarətin olanda da axmaq deyirlər”. Deyirlər, demirlər?.. Və ədəbiyyat adlanan bu əbədiyyət bizim fani həyatımızda nəyi dəyişdirir? Şair olmaq nə deməkdir?
Mən çox gözəl anlayıram ki, bu vurhavurda, adamların diqqətinin hardansa nəsə qoparmağa yönəldiyi bir vaxtda sözdən danışmaq, söz adamından danışmaq bir az yersiz səslənəcək. Nazirlər bir-biriylə döyüşürkən şairləri kimsə xatırlayırmı? Mən çox gözəl anlayıram ki, insanın ruhu nəyə köklənirsə, cismi də onun dalınca yönəlir. Uzun illərdir izləyirəm, görürəm ki, böyük, çox böyük əksəriyyət kimə, nəyə əyildiyinin fərqinə varmır, sözəmi, boş qırıltıyamı, nəçiliyəmi, kimliyəmi, şəxsiyyətəmi, vəzifəyəmi? Bütövlükdə cəmiyyət qarın davası döyürsə, ruh aclığı kiminsə yadına düşürmü? Və ruh aclığının nə qədər qorxulu olduğunu anlamadığımızdandır ki, qarnımız doysa da gözümüz doymur.
Bizim toplum olaraq birinci dərdimiz budur – içimizin boşluğu. Qalan dərdlərin hamısının başlanğıcı, mənbəyi budur. Biz anlasaydıq ki, sürünün içində İnsan olmaq nədir, Söz nədir, qırıltı nədir, kimi alqışlamaq lazımdır, kimi oturduğu kürsülərdən aşırmaq lazımdır, onda indiyə qədər yazılanlara heç gərək qalmazdı. Ancaq yazılanları da dərk edə bilən, içindən keçirə bilənlər çox azdırsa, ümumiyyətlə, bizim böyük mənada Sözə ehtiyacımız varmı? Ancaq mən hər halda sizə səslənirəm. İçinizdə olan tək-tək işıqlı qəlblərə səslənirəm.
Azərbaycanda hər zaman hər şeydən çox şair sözünə inanıblar. Ancaq bu şairləri dara çəkməyə, güllələməyə, çərlədib öldürməyə mane olmayıb. Hansısa kef məclisində şairlərdən sitat gətirib, deyilən sözlərin böyüklüyünə badə qaldırıb, sabah da elə həmin şairin yanından saymazyana ötüb keçməyə mane olmayıb. Dilimizdə və təfəkkürümüzdə vicdan, namus, qeyrət, sədaqət, ədalət, şərəf, vətən sözləri və anlayışları var, ancaq dilimizdə bu sözlərin antonimləri olan vəzifə, kürsü, pul, var-dövlət kimi sözlər də var. Bizim çox qiymətləndirdiyimiz, meylləndiyimiz hansı anlayışlar, hansı keyfiyyətlərdir? 19-cu əsrin sonlarından, Mirzə Fətəli Axundovdan başlanmış bir yol var- maarifçilik yolu. Ondan başlayıb üzü bəri - bu günə qədər davam edən yol. Bizi əyriliklərdən uzaqlaşdırmağa çalışan yol. Biz dəyişmirik. Yəni görkəmimizi, geyimimizi dəyişdiririk, zehniyyətimiz dəyişmir. Vaxtilə poçt qutusunun qarşısında oturub gözləyən novruzəlilər ola bilər ki, bu gün lap böyük-böyük vəzifələrdə çalışırlar. Amma Novruzəli olmaqdan çıxmayıblar. Niyə dəyişmirik? Yəqin səbəbləri çoxdur.
Mən də bu millətin övladı olduğum üçün və xalqın bağlı olduğu ənənələrdən uzaqlaşa bilmədiyim üçün ailə sözünün mənim üçün də böyük önəmi var. Yəni fikir verirəm görürəm ki, hər kəs hər hansı bir kürsüyə oturan kimi onun ata-anasından dahi düzəltməyə başlayırlar. Ətrafdakı kiçiklər də vurnuxa-vurnuxa bu prosesin iştirakçılarına çevrilir. Övlad böyük vəzifəlidirsə, bu dünyada olmayan valideynlərin ölümdən sonrakı həyatı parlamağa başlayır. Amma həqiqətən xalqın tarixində, mənəviyyatının formalaşmasında, düşüncəsinin yaranmasında yeri olan şəxsiyyətləri tək-tək vicdanlı adamlar ki qalıblar, onlar xatırlayırlar. Vurğulamaq istəyirəm ki, tək-tək vicdanlı adamlar.
- Atanız şair olmasa idi, tamam başqa bir sənət adamı, məsələn, vəzifəli biri, yaxud da, heç oxumamış, təhsilsiz biri Olsaydı, sizcə, sizin üçün nə dəyişərdi? İradə, İradə Tuncay olardımı?
- Belə deyək də - bunlar ehtimallardı. Reallıq budu ki, mən ONUN qızıyam. Bu asandımı, çətindimi yenə mən bilirəm. Deyirlər ki, xoşbəxt adamlar vaxtla maraqlanmırlar. Mən bir düzəliş eləmək istəyirəm. "Xoşbəxtlər" qulaqlarını tıxayıb heç nə eşitmək istəməyənlərdir.
Bu mənim üçün böyük ağrıdır. Düşünürəm - əgər yazılanlar, deyilənlər kimsənin tükünü də tərpətmirsə, nələr baş verir? Biz harda yaşayırıq?
Laqeydlər paraleli, etinasızlar meridianı, biganələr iqlimində?
Düşünürəm - bu iqlimin insanları hansı irqə mənsubdur? Anlamazlar, gönüqalınlar irqinə? Sevgi, mərhəmət, anlayış niyə yoxalıb? Alçaqlıq, rəzillik niyə çoxalıb? Ya da hər vaxt belə olub, sadəcə, bizim yaşadığımız ekstremal dövr insanların bu "gözəl" keyfiyyətlərini üzə çıxarıb. Düşünürəm - düşüncəsizlərin əhatəsində yaşamaq böyük dərddir.
Düşünmək istəməyənlərin də əhatəsində yaşamaq böyük dərddir. Mən bilirəm ki, anlamaq da dərddir, amma anlaşılmamaq da dərddir. Mən ürək işığında, göz işığında, arzu, ümid işığında yaşamaq necəliyini anlayıram. Amma onu da anlayıram ki, öz içimdə hansı ağrılarla yaşadığımı kimsə bilmir.
Uzaqdan hər şey çox parıltılı, gözəl görünə bilər. Həsəd, paxıllıq da ola bilər, amma ağrım çoxdur. Özümünkü bəs deyilmiş “Onun”kular da mənimdir. Bir də ki, özümdən baş çıxara bilmirəm - "Mən" və “O” o qədər özləşmişdik ki, ayırmaq istəmirəm. “Mən” “Onun” içində özümü əritmişdim. Nəyin kimə aid olduğunu da bölmədim. Bilirəm ki, yazdıqlarımda sarı simlərə toxuna bilirəm. Amma mənim həyatım da sarı simə köklənib. Mən “Onun” lal olmuş dilini, danışan gözlərini Tanrıya bağışlaya bilmirəm. Kədərli baxışlarını, sükutunu unuda bilmirəm və bilirəm ki, bu baxışlar məni son anıma qədər izləyəcək.
- Son vaxtlar qadın və ya kişi yazarlarla bağlı sual çox verilir, ancaq mən sualı bir az başqa yöndə qoyacam . Ümumiyyətlə, nə qədər doğrudur ədəbiyyatda yazarları cinsə görə qruplaşdırmaq?
- Bəşəriyyət yaranandan iki cinsə ayrılır. Adəm və Həvvanı çıxmaq şərtilə hər birimizin içində həm qadından ,həm də kişidən nəsə var. Yəni biz kişi və qadından yaranmışıq. Hər kəsin üstünə bir missiya qoyulub.Kişi çöldə ağır zəhmətlə qazanıb evə çörək gətirməlidi,qadın da daha az olmayan zəhmətlə evi yola verməlidi. Amma yaradıcılıq məsələlərində fərq qoymaq olmur. Ya istedadlısan ya da yox…Sadəcə, qadına öz istedadını göstərməyə kişi eqoizmi mane olur. Ona görə də təxminən 19-cu əsrə qədər boyuk qadın yaradıcılığından söhbət gedə bilməzdi.Bizdə isə bu proses lap gec başladı. Sərq mentalıyla bağlı bir şeydi. Mən indi izləyirəm yeni gələn nəslin yaradıcılığini və heyrətlənirəm. Afərin!!!! Çox cəsarətlidilər. Bütün iddialariyla ,qüsurlariyla, mənəmlikləriylə xoş gəlirlər mənə. Yalançı və lokal əxlaqdan uzaq ,təmiz və bəşəri duyğulara,hisslərə söykənməyin vaxtı çoxdan çatıb,keçib belə...
- Sizin müsahibələri araşdırdım, oxudum. Gördüm ki, əslində İradə Tuncay heç də kənardan göründüyü kimi deyil. Demirəm niyə belə hiss etdim, ancaq sizdən soruşuram: sizcə, niyə belə hiss etdim?
- Məni uzaqdan tanıyan insanlar ilk anda məni həzm edə bilmirlər. Mən xəbərdaram bundan və deyim ki,hər kəsə izah etməyə həvəsim də yoxdu ki,vallah mən adamyeyən deyiləm. Bu uzun illərin xoşa gəlməz bir vərdişidi. Özümü qoruma instinkti. Maska taxilıb üzümə - ƏL VURMA , ÖLDÜRƏR! İndi mən bu lənətə gəlmiş obrazı dəyişə bilmirəm.Sərtəm, qılıqsızam , acıdiləm bilirəm. AMMA SEVGİ DOLU BİRİYƏM. Məni tanımaq lazımdı. Yəqin sən tanımağa cəhd göstərdin. Onu da deyim ki, məni taniyanlar sonra mənim ən boyük pərəstişkarım olurlar. Dəhşətli maqnitim, dəhşətli cazibəm var. BUNU DA BİLİRƏM.
- Qadın olmaq çətindir, yoxsa yazar?
- Bizim məmləkətdə hər ikisi çətindi. Siz ki, bunu bilirsiz.
- Bəs yazarın qadını olmaq necə?
- Desəm ki,yazarın qadını olmaq mənimçün bəlkə ən asan və xoş bir şey idi - bilmirəm inanarsınızmı. Mən axı bunu gözümü açandan görmüşdüm. “Ər deyil şair imiş xanəxarab” deyimi qətiyyən mənə aid deyildi. Mən həmişə yazı, söz məsələlərinə anlayışla və həssaslıqla yanaşmışam.
- Nəyi etdiyinizə, nəyi etmədiyinizə peşmansınız?
- Gecikdiyimə çox peşmanam,öz içimə qapılmağıma peşmanam, taleyimə özüm yiyələnmədiyimə peşmanam. Peşmanam da ,peşmanam…. Bir deyil, iki deyil. Heyif heç nəyi geri qaytarmaq olmur.
- Kimləri oxuyursunuz bu günkü gənclərdən, yaxud da tanıyırsınız?
- Mən cox diqqətli oxucuyam. Bu gun görünən imzalar ki, var hamısın oxuyuram. Aqşini, Qisməti, Seymur Baycanı, Ayseli, Güneli, Gunaym Arda Muradlını, Nərmini, Yeganəni… Unuda bilərəm kimisə, bağışlasınlar. Amma oxuyuram. Yəni bura gündəlik gözdən keçirdiyim qəzetləri heç daxil eləmirəm.
- Ədəbiyyat, hər şeyi və hamını əvəz edə bilirmi?
- Ədəbiyyatın mənim üçün nə olduğu sualına mən qismən söhbətin əvvəlində cavab verdim. Uzun ,çox uzun illər mən özümü ədəbiyyatın və miusiqinin içində təcrid etdim. Xilasım oldu. Ədəbiyyat heç vaxt xəyanət eləmir və səni qoyub getmir. Ona güvəndim və Mən oldum.
- Sizi heç tanımayan, haqqınızda heç bir məlumatı olmayan biri gözlənilmədən soruşsa: Sən kimsən? – necə cavab verərsiniz. Məmməd Arazın qızı, Aqil Abbasın həyat yoldaşı, söz adamı, yoxsa heç ağlıma gəlməyən bir cavab?
- Bir dəfə ad günüm ərəfəsində belə bir yazı yazmışdım - “Xüsusi Tapşıriq”. Bir az özümə də ironiyayla yanaşıb yazmışdim o yazını. Yəni dostlarıma belə bir soru sormuşdum - mən kiməm? İndi həmin yazıdan bir hissəni nəzərinizə çatdirmaq istəyirəm. Muxtəlif cavablar olmuşdu.
“... Hə, deyəsən mənzərə aydınlaşır. Bir amma var - mən bu sorğunun cavablarını ona rəğbəti olan adamlardan aldım. Hər hansı bir Allah bəndəsini sevənlər və sevməyənlər var. Nifrət eləyənlər var, həsəd aparanlar var. Onlar da öz düşüncələrində sərbəstdirlər. Öz fikirlərini, nifrətlərini də rahat ifadə edə bilərlər və edirlər də - toyda, küçədə, plyajda. Normal halda insanın çevrəsini ən azından ona sakit münasibət bəsləyən insanlar müəyyən edir. Demək, hansı qərara gəlirik - haqqında danışdığımız xanım "Söz" cəmiyyəsinə mənsubdur.
Dünyanı dərk etməyə çalışır. Haqq-ədalət tərəfdarı olduğunu iddia etməkdədir. Mən rəğbətdən kənara çıxıb daha obyektiv olum - bu xanım həm də acıdildi, sərtdi, çox ədalı görkəmi var və buna görə də ətraf onu düzgün anlaya bilmir. Çox mürəkkəb xarakteri var, susmağı sevir, danışanda Iisə dibindən vurur. Bu da Əqrəb bürcünün özəlliklərindəndir”. Yazdıqlarını vərəqləyirəm, “Cəfər Cabbarlı” filminin ssenarisindən: "O yerdə ki, havasız bir mühitdə bir udum havanın, çirkabın içində bir içim suyun həsrətindəsən, çırpınıb-çabalayıb özünü qurtarmaq istəyirsən, uzaqdan ilğım kimi bir yol görünür. Bir Ağ yol. Varlığımı, xəyalımı, fikrimi silkələyib bu yolun yolçusu olmaq istəyirəm. Üzümü tufana, borana tutub axının əksinə getmək istəyirəm. Ürəyimin gizli guşələrində qalmış, işıq düşməyən, gün qızdırmayan, içimə sığmayan hisslərimi küləyin ixtiyarına vermək istəyirəm. Aparsın - duyğusuzlara, qəlbsizlərə tuş eləməsin. Birhüceyrəli məxluqatların içərisində insan övladı tapıb insan dilində danışmaq istəyirəm.
Dünyaya kişi görkəmində gəlib dünyanın düzənini dəyişmək istəyirəm..."
... Mən bu sorğunu göndərib cavab aldığım insanların səmimiyyətinə şübhə eləmirəm. Əvvəldə də demişdim ki, o xanımın nə vəzifəsi, nə də titulları var.
Cavabları yazanların da ondan asılacağı yoxdu. Ümumiyyətlə, insanlarla münasibətdə çox ehtiyatlı olan bir şəxs kimi deyirəm ki, kimin nə üçün danışdığını havada tuturam. Amma hər halda bəzi çox təvazökar insanları nəzərə alaraq cavabları ixtisarla verirəm.
Jurnalist Etibar Babayev: - Qəlbinin və əqlinin mürəkkəbi ilə dolan qələminin ucunda iynənin ucu qədər saxtalıq, nifrət hissi olmayan yazar. Bu dəyişkən həyatın hər üzünə özünün dəyişməyən bir üzü və bir sözü ilə cavab verməyi bacaran fədakar insan, barmaqla sayılacaq müasirlərimdən biri.
Jurnalist Suğra Rəhimova: - Ruhumun can dostu. Ruhumun imdadına uzanan əl. Qadın doğulub, kişi də ola bilərdi. Bir çiçək, bir yarpaq, bir göyərçin də ola bilərdi, amma yenə ruhu bu olacaqdı...
Əcəb sözlərdi, adamın paxıllığı tutur. Bu sözləri deyənlər də sözə, qələmə xidmət edən sadə insanlardı. Yəni onların da heç bir vəzifəsi yoxdu. Sorğuya cavab verənlərin içində ən böyük vəzifəlisi Rəşad Məcid oldu ki, onu irəlidə verəcəm.
... Mənim bu mətbuat aləmindən xəbərim var. Tərifləri də necə yazırlar bilirəm.
Yəni kiminsə kitabı çıxır, kiminsə hardasa oxucularla görüşü olur, kiminsə yubileyidi - dinib-danışmasa, özü xahiş eləməsə heç kimin yadına düşməyəcək.
Bəzən olur ki, kimsə özü-özüylə müsahibə aparır, sonda başqasının imzasını qoyur. Ya da əlinin altında olanlara sifariş verir ki, “filankəsə deyin məni tərifləsin”. Olan budu. Mənə də tapşırıq verildi ki, yazı yaz. Tapşırığı kim verdi? Özüm. Yazmağına yazdım. Amma bəzi alovlu vətənpərvərlərin, çox görkəmli yazan-pozanların sifəti gəlir gözümün qabağına. Başlarını bulayırlar. Zərif əsəbləri qıcıqlanır. Nədi, deyəcəksiniz ki, belə olmur? Qədir bilən insanlar heç
kimi unutmur? Sorğuları da belə keçirirlər. Nədi, hamıya olar, mənə olmaz?
... Deməli, respondentlərə (sözə bax ha) belə bir sual göndərmişdim: “Özüm haqqında sorğu keçirirəm, mən kiməm?” Cavab verənlərin böyük əksəriyyəti birinci növbədə atamın adını çəkmişdilər. Bircə Rəşad Məcid belə deyib: “İlk intuitiv cavab - Aqil Abbasın arvadı”. Ən dahiyanə cavabı isə Seymur Baycan verib: - İradə Tuncay.
P.S. Seymur düz fikirləşir. Mən olmaq asan iş deyil.
Yəni budu cavab – İRADƏ TUNCAY !
Söhbətləşdi: Cəlil CAVANŞIR

2420 dəfə oxunub
Oxşar xəbərlər
Azərbaycanın Xalq artisti vəfat etdi
00:10
26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur
18:49
25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ
17:35
25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
16:13
25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub
15:55
25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə
15:22
25 noyabr 2024