“Apple” məhkəməyə verilib

“Apple” məhkəməyə verilib
17 avqust 2011
# 14:29
Cənubi Koreyada 27 mindən çox insan “Apple” şirkətini məhkəməyə verib

Bir neçə ay əvvəl iPhone telefonlarının istifadəçilərin olduqları yerləri gizli olaraq telefona qeyd etməsi ilə bağlı xəbərlər yayılmışdı. Lakin tezliklə, şirkət bunun yalan olduğunu və iPhone-nun deyil, Androidin istifadəçiləri izləməsini açıqlamışdı.

Açıqlamalardan qane olmayan və bunu şəxsi həyata müdaxilə kimi hesab edən Cənubi Koreyanın 27 min 612 vətəndaşı şirkəti məhkəməyə verib.

Vəkil Kim Hyeong-seok məhkəmədə “Apple”ın istifadəçilərin hər birinə mənəvi zərərə görə 932 dollar təzminat ödəməsini istəyib.

“Apple” şirkətinin nümayəndəsi Stiv Park mövzu ilə bağlı heç bir açıqlama verməyib.

iPhone, iOS sistemindəki “consolidated.db” adlı faylda istifadəçilərinin olduğu yeri qeyd etməsində ittiham olunurdu.

“Apple” şirkətinin rəhbəri Stiv Cobs iPhone telefonlarının sahibini izləməsi ilə bağlı: “Biz heç kimi izləmirik. iPhone casus deyil” deyə iddiaları yalanlamışdı.

Günel ƏSGƏRZADƏ
# 2201 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər