"Arşın mal alan" komediyasının Bolqarıstanda premyerası keçirilib

"Arşın mal alan" komediyasının Bolqarıstanda premyerası keçirilib
12 yanvar 2021
# 18:49

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Bolqarıstanın qədim tarixə və zəngin mədəniyyətə sahib olan Kırcali şəhərində “Arşın mal alan” musiqili komediyasının premyerası keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan Kulis.az-a bildirilib ki, dahi bəstəkarı Üzeyir Hacıbəylinin müəllifi olduğu 4 pərdəli “Arşın mal alan” tamaşası bəstəkarın 135 illik yubileyi münasibətilə Kırcalinın məşhur “Kadriye Latifova” Musiqili Teatrında səhnəyə qoyulub. Əsərin səhnələşdirilməsi həmçinin Kırcali teatrının yaradılmasının 60-cı ilinə təsadüf edir.

Tamaşanın rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçeva, xoreoqrafı Ginka Kirçevadır. Rolları İzmir Dövlət Teatrının aktrisası Məsurə Tahir (Gülçöhrə), eyni zamanda bolqar və türk artistləri Yaqub Yaqub (Əskər), Dinko Kovaçev (Sultan bəy), Nursən Əbdürrəhman (Cahan xala), Orxan Tahir (Süleyman), Kərimə İsmayıl (Asya), Mustafa İsmayıl (Vəli), Aysun Əhməd (Telli) ifa ediblər.

Tamaşa izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyasının tarixinin, mədəniyyətinin qorunması, araşdırılması və təbliğ edilməsi, həmçinin türkdilli xalqların görkəmli şəxsiyyətlərinin, bəstəkarlarının, şair və yazıçılarının yubileylərinin qeyd olunması, onların əsərlərinin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində fəaliyyət göstərir. Bolqarıstanla Fond arasında ötən illər ərzində bir sıra layihələr, o cümlədən 2019-cu ilin mart ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Bolqarıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Sofiya və Kırcali şəhərlərində Novruz bayramına həsr olunmuş şənliklər keçirilib.

# 3129 dəfə oxunub

Oxşar xəbərlər

Asket şair, yorulmaz dilçi  - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

Asket şair, yorulmaz dilçi - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

13:40 5 avqust 2026
Məşhur aktrisa rolu üçün hicab geyindi

Məşhur aktrisa rolu üçün hicab geyindi

13:10 5 avqust 2026
“Batman” davam filmindən yenilik – Hava şəraiti ilə bağlı

“Batman” davam filmindən yenilik – Hava şəraiti ilə bağlı

12:40 5 avqust 2026
Uçan itlər, qaraqabaq inəklər... - Beynəlxalq ev heyvanları fotosu müsabiqəsinin nəticələri

Uçan itlər, qaraqabaq inəklər... - Beynəlxalq ev heyvanları fotosu müsabiqəsinin nəticələri

12:20 5 avqust 2026
“Ölümsüz qəhrəman”  sənədli filmi nümayiş etdirildi

“Ölümsüz qəhrəman” sənədli filmi nümayiş etdirildi

11:45 5 avqust 2026
Məşhur flamenko ustası vəfat etdi

Məşhur flamenko ustası vəfat etdi

11:30 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər