Azərbaycan Dövlət YUĞ Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.
Kulis.az xəbər verir ki, Özbəkistanlı rejissor Həmzə Xonov Çingiz Aytmatovun “Cəmilə” əsəri əsasında eyniadlı tamaşa hazırlayır.
Səhnə əsərində rolları Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Qasım Nağı (Orozmat ağa), Günəş Tegin, Nigar Mürsəlova (Cəmilə), Rahib Allahquliyev, Əfqan Sultanov (Seyid), Ziya Ağa (Daniyar), Təranə Ocaqcerdiyeva, Mətanət Abbas (Ana), Vüqar Hacıyev (Osman) ifa edəcək.
Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə İlahə Şahverənlidir.
Qeyd edək ki, “Cəmilə” tamaşasının premyerası önümüzdəki ayın sonlarında keçiriləcək.