Buker ailəsi böyüyür - Uşaq ədəbiyyatı üçün ilk qısa siyahı açıqlandı

Buker ailəsi böyüyür - Uşaq ədəbiyyatı üçün ilk qısa siyahı açıqlandı
26 noyabr 2026
# 13:12

Buker mükafatının təşkilatçısı olan fond ilk dəfə uşaq ədəbiyyatı üzrə ayrıca mükafat təsis edib.

Kulis.az xəbər verir ki, 2027-ci ildə təqdim olunacaq “Children’s Booker Prize”ın səkkiz kitabdan ibarət qısa siyahısı açıqlanıb.

Müsabiqə 8–12 yaşlı uşaqlar üçün yazılmış müasir bədii əsərləri əhatə edir. Siyahıya beş roman, iki qrafik roman və illüstrasiyalı hekayələr toplusu daxildir.

Namizədlər arasında Qay Bassın “The Worst Thing That Could Possibly Happen”, Ketrin Brutonun “Tadpole Summer”, İqbal Hüseynin “The Night I Borrowed Time” və Şon Tanın “Hometown” kitabları da var. Mükafatın ən maraqlı cəhətlərindən biri qalibin seçimində uşaqların da iştirak etməsidir: 4000-dən çox müraciət arasından seçilən dörd uşaq münsiflər heyətinə qoşulacaq.

Qalib müəllifə 50 min funt sterlinq təqdim olunacaq, nəticə isə 2027-ci il fevralın 2-də açıqlanacaq.

# 62 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər