Ateizm gələcəyin dini olacaqmı? - STATİSTİKA

Ateizm gələcəyin dini olacaqmı? - STATİSTİKA
18 may 2016
# 14:11

Son araşdırmalara görə, dini inanclar azalır və eyni zamanda Tanrı inancının olmadığı sekulyar anlayış artmağa başlayır.

Alman professor Phil Zukerman dünyada insanların zehinlərində və qəlblərində dini inancdan uzaqlaşmağını müşahidə edib: “Dünyanın yeni dini dinsizlikdir”.

Akademiklərin dediyinə görə, dinsizlik geniş yayılan bir düşüncə halına gəlib.

Zukerman “Huffington Post”da yayımlanan məqaləsində yazır:

“Dünyada kilsələr bağlanır. Dinlər yavaş-yavaş sıradan çıxarkən kişilər və qadınlar sekulyar anlayışa görə yaşamağa, humanist dəyərləri mənimsəməyə başlayırlar. Bu adamların sayı gündən-günə artır”.

Yer üzündə yaşayan 7,4 milyard insan keçmişdəkindən fərqli olaraq dini ibadətlərini daha az yerinə yetirmək bir yana, ateist və aqnostik düşüncələrdən təsirlənirlər.

İslandiyada dünyanı Allahın yaratdığına inanan yoxdur

Böyük Britaniya və Norveç kimi ölkələrdə ateistlərin, aqnostiklərin sayı inanc sahiblərinin sayından qat-qat çoxdur.

17 milyonluq Hollandiyanın 70 faizi hər hansı bir dini inanclarının olmadığını açıqlayır.

İslandiyada isə dünyanın Tanrı tərəfindən yaradıldığına inanan bir nəfər belə yoxdur.

Asiya qitəsində də eyni vəziyyət müşahidə olunur. Çin və Rusiya ateist düşüncəyə görə lider ölkələrdir. Buddizm inancını mənimsəmiş Yaponiyada isə əhalinin 20 faizi dini inanca sahibdir.

Artıq sekulyar humanizm Amerikada yeni bir “din” olaraq yayılmağa başlayır. Təhsilinin təsiri ilə çox sayda tələbə inanclarını tərk edərək ateist yaşam tərzini seçir. Ancaq bununla belə, statistikalar göstərir ki, ABŞ əhalisinin 80 faizi hələ də özlərini xristian, ya da digər dini inanclara simpatiya bəsləyən ölkə kimi tanıtmağa davam edir.

Zukermana görə, dünyada inanclı adamların azalması yeni tendensiyanın başlanğıcına işarədir. Oregon Universitetinin alimlərindən biri açıqlayır ki, dini inanclarını tərk edən bu insanların övladları da gələcəkdə eyni vəziyyətlə üzləşəcəklər. Bir tərəfdən də kilsə araşdırmalarının iddialarına görə, sekulyar düşüncənin yayılması on il müddətinə yavaş-yavaş sıradan çıxacaq, çünki dindarlar daha çox uşaq sahibi olurlar. Ancaq bu fikri yerlə-yeksan edən bir həqiqət var: hələ də xristian dini ən yayğın din olsa da, 7 milyardlıq dünya əhalisinin yalnız 2 milyardı bu dinə mənsubdur. “Dindarlar daha çox uşaq sahibi olur” demək 7 milyardın hamısının dindar olması demək deyil.

2050-ci ildə islam inancına sahib olanların sayca üstünlük əldə edib, xristianları keçəcəyi təxmin edilir. Asiya, Afrika ilə birlikdə İslam dini son illərdə emiqrantların artımı və əsgər toplama fəaliyyəti səbəbi ilə Avropa və Şimali Amerikada da geniş yayılıb.

# 1867 dəfə oxunub

Müəllifin son yazıları

# # #