Xəbər verdiyimizi kimi Əli Kərimin Göyçayda onun adını daşıyan parkdakı məzarının köçürülməsi ilə bağlı şairin həyat yoldaşı mətbuata açıqlama vermişdi. Göyçay rayon İcra Hakimiyyətindən isə bildirmişdilər ki, heç bir köçürülmədən söhbət gedə bilməz, məzar sadəcə təmir olunub və hasara alınıb.
Kulis.az hadisə yeri ilə əlaqə saxlayıb əldə etdiyi fotoları paylaşır. Məlumat üçün bildirək ki, Əli Kərimin parkdakı abidəsi də təmir edilərək parkın mərkəzinə gətirilib. Şairin məzarı ilə yanaşı onun yanında dəfn olunan Əli Səmədli və İsgəndər Coşqunun məzarları da təmir olunub və Əli Kərimin məzarı ilə birlikdə hasara alınıb.