Şeron Stoun o səhnədən danışdı: “Rejissor məni aldatdı”

Şeron Stoun o səhnədən danışdı: “Rejissor məni aldatdı”
18 iyul 2014
# 10:37

ABŞ aktrisası Şeron Stoun bu həftə verdiyi müsahibədə “Əsas instinkt” filmində oynadığı məşhur erotik səhnə haqqında danışıb. Kulis.az-ın hurriyet.com-a istinadən verdiyi xəbərə görə Şeron Stoun rejissor Paul Verhoeyenin onu aldatdığını söyləyib.

22 il sonra edilən etiraf pərəstişkarlarını çaşdırıb. Aktrisa bildirib ki, istintaq səhnəsinin erotik olacağını bilmirmiş: “Verhoeyen məndən kamerada əks olunduğu üçün ağ corablarımı çıxarmağı xahiş etdi və heç yerimin görünməyəcəyinə dair söz verdi. Çəkilişlər bitdi və Kanna getməzdən əvvəl filmə baxdıq. Səhnəni görəndə şok oldum. Ayağa qalxıb ona bir sillə çəkdim.”

Filmdəki həmin erotik səhnə ilə məşhurlaşan Stoun məni sarsıdan onun xəyanəti idi, deyib: “Mən də rejissor olsam bu səhnədən istifadə edərdim. Amma mənə xəbərdarlıq etməli idi. Onun etdiyi isə hörmətsizlik idi.”

# 4280 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #