Erotik səhnə görüntüləri ilə ictimaiyyətin müzakirə obyektinə çevrilən aktrisa Vəfa Zeynalova ailəsi barədə danışanlara və yazanlara mesaj göndərib.
Vəfa Zeynalova: "O səhnədə qadın yox, sənət zorlanırdı..."
11 sentyabr 2013
10:28
Əməkdar artist Anspress-ə açıqlamasında, sənətinin şəxsi həyatı ilə qarışdırılmamasını tələb edib: "Sənətimlə bağlı bütün tənqidləri qəbul edirəm. Amma müzakirə olunarkən ailəmin, şəxsi həyatımın bu söz-söhbətlərə qarışdırılmasını qətiyyən istəmirəm və tələb edirəm ki, bir daha heç bir mətbu orqan mənim şəxi həyatımdan, ailəmdən yazmasın. Kimsəyə bu ixtiyarı vermirəm. Yenə də deyirəm, sənətimlə bağlı təhqir deyil, tənqid edə bilərsiz. Amma heç bir halda ailəmin bu məsələlərə qarışdırılmamasına razı deyiləm!"
Aktrisa müzakirə olunan erotik səhnə ilə bağlı artıq danışmaq istəmədiyini deyib: "O səhnədə bir qadın yox, sənət zorlanırdı..."
2242 dəfə oxunub