Beynəlxalq “Buker” mükafatı laureatı vəfat edib

Beynəlxalq “Buker” mükafatı laureatı vəfat edib
23 mart 2013
# 01:23

22 mart tarixində Nigeriyalı yazar, beynəlxalq "Buker" mükafatı lauretaı Çinua Açebe 81 yaşında vəfat edib. Kulis.Az-ın xarici mətbuat orqanlarına istinadən verdiyi xəbərə görə yazarın vəfat etdiyini “Pinqvin” nəşriyyatı bildirib.

Çinua Açebe “Afrika ədəbiyyatının babası” kimi tanınırdı. O, 2007-ci ildə beynəlxalq “Buker” mükafatına layiq görülüb.

Açebe Oqbi kəndində protestantlığı qəbul etmiş müəllim ailəsində anadan olmuşdu. Universitetdə əvvəl tibb, sonra isə ingilis dili və tarixini öyrənmişdi.

Açebe Nigeriyada vətəndaş müharibəsi illərində tanınmamış Biafra respublikasının diplomatı kimi çalışmışdı. Biafranın süqutundan sonra ailəsi ilə Böyük Britaniyaya qaçmış, sonralar yenidən vətənə qayıtmışdı.

Açebe 1958-ci ildə nəşr olunan “Thing Fall Apart” adlı romanı ilə məşhurlaşmışdı. Roman Nigeriyanın koloniyalaşdırılmaya qədər dövründən, yerli əhalinin avropalılarla ilk qarşılaşmasından bəhs edirdi.

Əsər onlarla dilə çevrilmiş, milyon tirajlarla satılmışdı. 1988-ci ildə Açebenin “Savannanın qarışqa yuvaları” kitabı “Buker” mükafatına layiq görülmüşdü.

1990-ci ildə avtoqəzada iflic olan yazıçı bir müddət İngiltərədə, daha sonra isə ömrünün sonuna qədər ABŞ-da yaşamışdı.

# 3302 dəfə oxunub

Müəllifin son yazıları

# # #