Kulis.az-ın əməkdaşı mükafata layiq görülüb

Kulis.az-ın əməkdaşı mükafata layiq görülüb
16 iyul 2018
# 10:13

Dünən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və “Yuğ” Dövlət Teatrı mövsümünü başa vurub.

Kulis.aın verdiyi xəbərə görə, bağlanış tədbiri ilə çıxış edən teatrın direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qeyd edib ki, ötən teatr mövsümü hazırlanan yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivalları və müsabiqələrdən qazanılan uğurlu nəticələrlə zəngin olub. Daha sonra teatrların yaradıcı kollektivi səmərəli yaradıcılıq fəaliyyətlərinə görə mükafatlarla təltif olunub, diplomlara layiq görülüblər.

Həmçinin teatrın rəhbərliyi ötən mövsümdə olduğu kimi bu il ərzində də onunla yaxından əməkdaşlıq edən kütləvi informasiya vasitələri təmsilçilərindən bir neçə nəfəri “Teatrın dostu” mükafatı ilə təltif edib Təltif olunan jurnalistlər arasında yazar, Kulis.az-ın əməkdaşı Samirə Əşrəf də var.

Təbrik edirik.

Otomatik alternatif metin yok.

# 1110 dəfə oxunub

Müəllifin son yazıları

# # #