Pianoçumuz beynəlxalq müsabiqədə ikinci olub

Pianoçumuz beynəlxalq müsabiqədə ikinci olub
10 iyul 2017
# 17:53

Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” müsabiqəsində 2-ci yerə layiq görülüb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, F.Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib.

Bakıda anadan olan Firuzə Nəcəfli 2006-cı ildə Rafiq Babayev adına uşaq musiqi məktəbini fərqlənmə ilə bitirib. Həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyaya qəbul olunub və 2009-cu ildə oranı əla qiymətlərlə başa vurub. 2013-cü ildə Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsini, 2015-ci ildə isə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir sıra konsertlərdə, tədbirlərdə, müsabiqələrdə, festivallarda, konfranslarda uğurla iştirak edib. Ferens List adına beynəlxalq festivalda diploma layiq görülüb. /azertag.az/

# 956 dəfə oxunub

Müəllifin son yazıları

# # #