Cahangir Novruzov mükafata layiq görüldü

Cahangir Novruzov mükafata layiq görüldü
22 avqust 2016
# 15:14

Türkiyənin "XVI Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibləri açıqlanıb.

Mükafatın “Halk Jürisi”nin üzvləri 2015-2016-cı ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər.

Münsiflər heyətinin üzvləri Adana, Ankara, Antalya, Balıkəsir, Bartin, Bitlis, Bolu, Burdur, Bursa, Diyarbəkir, Əskişəhər, Qaziantep, Giresun, Hatay, İzmir, Kocaeli, Manisa, Mersin, Muğla, Ordu, Samsun, Trabzon və Van şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.

Mükafatçılar arasında Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov da var. O, Adana Teatrının inkişafındakı xidmətlərinə görə "Tiyatro için Emek Ödülü" mükafatına layiq görülüb. /report/

# 938 dəfə oxunub

Müəllifin son yazıları

# # #