Natiq Məmmədlinin əsəri səhnələşdirilib

Natiq Məmmədlinin əsəri səhnələşdirilib
29 iyun 2017
# 17:08

İyulun 29-da "Səda" tədris teatrında yazıçı Natiq Məmmədlinin "Dumana bürünmüş" absurd pyesinin motivləri əsasında Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsinin ikinci kurs tələbələrinin hazırladığı "Yasəmən ağacı" dramatik komediyası nümayiş olunub.

Nəyin bahasına olursa-olsun pul əldə edərək, həyatını dəyişmək istəyən, hər şeyin mahiyyətini pulda görən gəncin başına gələn tragikomik vəziyyətlər, müasir insanı düşündürən ciddi sosial konfliktlərin fonunda tamaşaçıya çatdırıldı. Musiqilər və canlı ifalar isə əsərin ideya xəttini tamamladığından diqqəti cəlb edirdi.

Xatırladaq ki, kursun rəhbəri dosent, əməkdar artist Vidadi Həsənovdur. Səhnə danışığı Kəmalə Mehdiyevaya, səhnə plastikası Sahib Novruzova, musiqi tərtibatı isə Tukay Azərə məxsusdur.

Tamaşada Musiqili teatr aktyoru fakültəsinin ikinci kurs tələbələri Kamil Nazim, Raksana İmirli, Seymur Xudiyev, Ziya Ağa, İmdad Tofiqoğlu, Aytac Quliyeva, Azad Şabanov, Nicat Qurbanzadə, Elvin Şahmədran, Nəzrin Əliyeva, Murad Əziz və başqaları iştirak ediblər.

# 1259 dəfə oxunub

Müəllifin son yazıları

# # #