Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məlikməmmədin nağılı” yeni fərqli yozumla və tərtibatla səhnəyə qoyur.
Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, bu gündən tamaşanın məşqlərinə start verilib. Nağıl əsasında Xalq Artisti Ağaxan Salmanlının səhnələşdirdiyi eyniadlı pyesin quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor Elnur Hüseynov, rəqslərin quruluşçusu Elvin Nuri, rejissor assistenti Sevda Hacışəmiyevadır.
Yeni səhnə əsərində əsas obrazları Rövşən Abbasov, Rəşad Səfərov, Anar Seyfullayev, Ramil Məmmədov, Eşqin Quliyev, Elgün Yəhyayev, Elnur Hüseynov, Mirzə Ağa Mirzəyev, Simuzər Ağakişiyeva, Venera Abbasova, İlqarə Tosova, Yasəmən Məmmədova, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Vahid Orucoğlu, Anar Səfiyev, Ceyhun Məmmədov, Ramiq Nəsirov, Elşən Şıxəliyev və Yusif Dadaşov canlandıracaqlar.
Tamaşanın premyerasın mayın ortalarına planlaşdırılır.