Stalinin rejissor nəvəsi vəfat etdi

Stalinin rejissor nəvəsi vəfat etdi
24 may 2017
# 10:59

İosif Stalinin nəvəsi vəfat edib. Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın Xalq artisti, Rusiya Ordusu Teatrının rejissor köməkçisi Aleksandr Burdonskiy 76 yaşında gözlərini əbədiyyən yumub.

Stalinin nəvəsi olan Aleksandr Burdonskiy ilə vida mərasimi teatrda baş tutacaq. Bu haqda Rusiya Ordusu Teatrı məlumat verib.

Xatırladaq ki, mərhumun dəfn mərasimi daha sonra keçiriləcək.

# 936 dəfə oxunub

Müəllifin son yazıları

# # #