Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Əliyev Rafiq Hacıbaba oğlu və Nəsirov Rafiq Əliş oğluna Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
Xalq artisti: Mirqasımova Ayan Oqtay qızı
Əməkdar mədəniyyət işçisi:
Allahverdiyeva Afaq Murtuz qızı
Azməmmədov Nadir Mirzə oğlu
Bağırov Tahir Məmməd oğlu
Əsgərov Müzəffər Rza oğlu
Kazımov Tahir Şirin oğlu
Kərimov Arif Cahangir oğlu
Kutiyev Abdulnəsir Hacı oğlu
Mehdiyev Nadir Hüseyn oğlu
Məmmədov Kamil İmaməli oğlu
Süleymanov Badavi Süleyman oğlu
Vəliyev Sabir Əli oğlu.