Aqşin Yeniseydən xəbər var - YENİLƏNİB

Aqşin Yeniseydən xəbər var - YENİLƏNİB
26 may 2014
# 14:18

Aqşin Yeniseydən yeni xəbər var.

O, Klinik Tibbi Mərkəzin infeksiya şöbəsindən terapiya şöbəsinə köçürülüb.

Bu barədə Kulis.az-a şairin qardaşı məlumat verib.

O, qeyd edib ki, hazırda şairin vəziyyəti normaldır, ciyərində olan su kütləsinin bədənindən çıxarılması istiqamətində müalicə-terapiya tədbirləri davam etdirilir.

***

Şair Aqşin Yeniseyin keçən həftə verdiyi analizlərin cavabları bu gün açıqlanıb.

Bu barədə Kulis.Az-a onun yaxınları məlumat verib. Aqşinin səhhətində hepatit virusu aşkarlanmayıb.

Bu gün Aqşin Yeniseylə bağlı konsilium keçiriləcək.

Gənc şairin "Neftçilər" xəstəxanasına köçürülməsi gözlənilir.

Aqşin Yenisey cümə günü səhhətində yaranan ciddi problemlərə görə xəstəxanaya yerləşdirilib. Həkimlər onun serroz olduğunu deyir.

# 3993 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #