Agent, provokator, sadomazoxist

Agent, provokator, sadomazoxist
10 iyun 2013
# 10:47

İyunun 14-də “Kiçik Qala Art Mərkəzi”ndə “Xeyirxah xanımın yuxuları” adlı sərginin açılışı olacaq. Sərgidə dizayner-heykəltəraş Daniyel Nyuton və fotoqraf Natalya Malinin yaradıcılıq nümunələri nümayiş olunacaq.

Onlar əsasən performans və instalyasiya sahəsində çalışırlar. Nyuton və Malinin növbəti sərgiləri “Xeyirxah xanımın yuxuları” adlanır.

Xeyirxahlıq xanım öz surrealistik fotoları, kollajları və instalyasiyaları vasitəsi ilə şüurumuzun qapılarını açır. O agent, provokator, mənəvi sadomazoxist, fenomenal super-eqodur.

Natalya Mali və Daniyel Hovard Nyutonun üç hissədən ibarət olan psixoloji trilleri bizi öz-özümüzü düşünməyə məcbur edir: bizim stereotiplərimizdən, klişelərimizdən, komplekslərimizdən, ehtiras və yuxularımızdan bəhs edir.

“Pilləkan” və“Pendulum”adlı instalyasiyalar konflikt və təqsir arasında olan əlaqələri nümayiş etdirir. Fotoqrafiyalar və kollajlar Maria Veteninanın müasir çarxları ilə bizi şüurumuzun dünyalarını səyahət etməyə dəvət edir.

Onlar hər birimizi öz daxilimizdə xeyirxahlıq xanımını axtarmağa çağırır. Mali və Nyutonun sirli dünyalarına dəvət alaraq bizə öz zəkamızı genişləndirmək və xəyallarımızı və azadlıqlarımızı şərh etməyə kömək edəcəkdir.

”Kiçik Qala Art Mərkəzi” İçəri şəhər, Kiçik Qala küçəsi 58 ünvanında yerləşir.


Sərgi 31 iyul tarixinədək hər gün saat 15:00 – dən 21:00- dək qədər açıqdır.

Xatırladaq ki, giriş sərbəstdir.

# 1687 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #