Bakıda kitab sərgisi keçirildi

Bakıda kitab sərgisi keçirildi
12 sentyabr 2019
# 13:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialında ölkəmizdə 21 avqust - 21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində “Qoy həmişə sülh olsun!” adlı məlumat saatı və kitab sərgisi təşkil olunub.

Tədbirdə uşaqlara 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı geniş məlumat verilib. Bildirib ki,

sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildə qəbul edilmiş qətnaməsi ilə bütün dünyada qeyd olunur.

Daha sonra tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar.

Sonda uşaqlar sülhün rəmzi olan göyərçin rəsmləri çəkiblər./azertag.az

# 2198 dəfə oxunub

Müəllifin son yazıları

# # #