Bakı Uşaq Teatrı cəzaçəkmə müəssisələrində "Qeyri-adi məhkəmə" tamaşası ilə çıxış edəcək.
Teatrdan Kulis.aza bildiriblər ki, oktyabr-noyabr aylarında 18 tamaşanın 15 cəzaçəkmə müəssisəsində nümayişi planlaşdırılıb.
Tamaşa interaktiv üslubda - seminar tamaşa janrında hazırlanıb. Quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltandır.
- [b]Nəsiminin edam səhnəsini əks etdirən rəsm yayıldı - Foto[/b]
- Məşhur gürcü jurnalı Günel Mövluda həsr olundu
- Danışaram, dilin, ağzın quruyar - Orxan Bahadırsoydan yeni şeirlər
Təsadüfən iynədən istifadə edən kişi SPİD-ə yoluxur və başına gələn bu hadisədən sonra tək özünü deyil, onlardan əziyyət çəkən, həyatı məhv olan, yaxınlarını itirən insanların timsalında narkomaniyanı, alkoqolu və SPİD-i məhkəməyə verir. Bu xəstəlikdən əziyyət çəkən cəmiyyətin bütün təbəqələrindən olanlar məhkəmədə zərərçəkmiş və şahid qismində dindirilirlər, SPİD-in və narkomaniyanın fəlakətlərinə qarşı həyəcan təbili çalınır.
Tamaşa maarifləndirici xarakter daşıyır
Tamaşada İntiqam Soltan, İlhamə Əhmədova, Əli Qulu Səmədov, Niyaz Qasımov, Cavanşir Məhərrəmov, Türkan Şahmarlı, Rəfael Muradxanlı, Şahin Kazımov, Günay Pirizadə və başqaları iştirak edirlər.