Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində italiyalı şair və bəstəkar Davide Qualtierinin “Xocalı” şeirini təqdim edir. Şeiri Azərbaycan dilinə Qulu Ağsəs uyğunlaşdırıb. Onun sətri tərcüməsi isə Mais Nuriyevə məxsusdur.
Xocalı
Şərqdən gələn qonağın
- Bu 10 tikilinin sirri hələ də açılmayıb - FOTOLAR
- "Uşaqlar günü" Niyazinin ev muzeyində qeyd olundu
- Bakıda amerikalı rəssamın sərgisi açılacaq
yükü hekayət olar –
amma mən eşitdiklərim…
inanmıram dünyada
belə cinayət ola…
Uzaq, günəşli ölkədə
25 fevral gecəsi
qarlı kölgədə
qırdılar 613 günahsız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca -…
Elə bil muncuq
üzüldü sapınnan
topasına biçdilər xocalıları –
topunan…
Xocalı!
qətlinə fərman verənlər –
cani!
bu zülmü görənlər –
cani!
görüb-götürənlər –
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…