"Dilləri lalım, necəsən?" - Günün şeiri

"Dilləri lalım, necəsən?" - Günün şeiri
10 mart 2024
# 12:10

Bu gün tanınmış şair İbrahim İlyaslının doğum günüdür.

Kulis.az şairi təbrik edir və "Günün şeiri" layihəsindən "Necəsən" şeirini təqdim edir.

Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahi-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, gülüm, çiçəyim,
Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?

Zər zibam, ləlim gövhərim,
Yaqut-yəmən simu-zərim.
Barmaqları bəxtəvərim.
Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?

# 6508 dəfə oxunub

Müəllifin son yazıları

# # #