Yusif Nəğməkar mükafatlandırıldı

Yusif Nəğməkar mükafatlandırıldı
27 iyun 2024
# 12:46

Şair - publisist Yusif Nəğməkar Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Mikayıl Müşfiq" adına təsis etdiyi ədəbi mükafata və "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin "Aşıq Ələsgər 200" yubiley medalına layiq görülüb.

Kulis.az xəbər verir ki, hər iki mükafatın təqdimat mərasimində şairin özünəməxsus yaradıcılıq axtarışlarından və bənzərsiz poeziyasından geniş söhbət açılıb.

Qeyd edək ki, ona bundan əvvəl əsərlərindəki bədii ictimai-siyasi-fəlsəfi tutumu və aktuallığına görə Azərbaycan Yazıçılar Birliyinin "Rəsul Rza" fondunun Rəsul Rza adına Beynəlxalq Ədəbi Mükafatı verilib.

Həmçinin Türkiyədə baş vermiş tarixi Çanaqqala zəfərinin 100 illiyi ərəfəsində yazdığı "Çanaqqala-türkə qala" adlı iri həcmli poemasına görə 2015-ci ildə Bakıdakı Türkiyə səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə müsabiqəsinin qalibi olaraq "İlin şairi" adı verilib.

# 503 dəfə oxunub

Müəllifin son yazıları

# # #