"Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlandı

"Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlandı
3 may 2024
# 12:30

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Yaşıl dünya naminə həmrəylik” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub. Məlumat bazası “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanıb.

Kulis.az xəbər verir ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Beynəlxalq ekoloji konvensiyalar”, “Azərbaycan Respublikasında ekoloji siyasət”, “İşğaldan azad edilmiş ərazilərdə ekosistem”, “İDEA” İctimai Birliyi”, “Yaşıl marafon”, “Ekoloji təqvim”, “Ekosistemin qorunması” “Nəşrlər” və bir sıra materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Yasil_Dunya/index.html linkindən istifadə edə bilərlər.

# 322 dəfə oxunub

Müəllifin son yazıları

# # #