Ey həyat, sən nə qəribəsən?… - “Unudulmaz mahnılar”

Ey həyat, sən nə qəribəsən?… - <span style="color:red;">“Unudulmaz mahnılar”
12 yanvar 2017
# 12:20

Yaddaşımızda yüzlərlə mahnının hər biri bir xatirə ilə kodlanıb.

Mahnını eşitmək xatirələri oyadır.

O mahnılar var olduqca o xatirələri yaşadacaq.

Mahnılar, unutmur, unutdurmur.

Mahnılar unudulmazdır.

Kulis.Az “Unudulmaz mahnılar” layihəsini təqdim edir.

Cabir Novruzun sözlərinə Oqtay Kazıminin bəstələdiyi “Ey həyat, sən nə qəribəsən?” mahnısını “Qaya” vokal ansamblının ifasında təqdim edirik.

Sözləri

Nə yaxın qonşu olduq bu dünyada,

Ayrı-ayrı doğulduq bu dünyada,

Axır gəlib bir olduq bu dünyada,

Ey həyat, sən nə qəribəsən?…

Sən ay kimi baxdın mənə,

Sən gün kimi baxdın mənə,

Gözlərinin qarasıyla

Güldü ömrün baxtı mənə…

Aylar keçir, illər keçir, axın olur,

Yadlar gəlir doğma olur, yaxın olur.

Məhəbbətlə ötən ömür nağıl olur,

Ey həyat, sən nə qəribəsən?

Bu ilqarı yaşatdıq canımızda

Gənclik eşqi qaynadı qanımızda

Qohum oldu atamız anamızda

Ey həyat, sən nə qəribəsən?

Sən ay kimi baxdın mənə,

Sən gün kimi baxdın mənə,

Gözlərinin qarasıyla

Güldü ömrün baxtı mənə…

Aylar keçir, illər keçir, axın olur,

Yadlar gəlir doğma olur, yaxın olur.

Məhəbbətlə ötən ömür nağıl olur,

Ey həyat, sən nə qəribəsən?

# 7765 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #