“Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinə görə öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayət hesab edilir, lakin hədənin icra ediləcəyi üçün real əsaslar olmalıdır”
Bunu Kulis.aza açıqlamasında hüquqşünas Şamil Paşayev tanınmış Nadir Qafarzadənin “Pis qadının başı kəsilməlidir” fikrinə münasibət bildirərək söyləyib.
Ş.Paşayev daha sonra əlavə edib:
“Ümumi fikir, konkret şəxsə yönəlməyən düşüncə cinayət məsuliyyətinə cəlb edilmə üçün əsas ola bilməz”