Nəsiminin 650 illiyi münasibətilə İstanbulda rəsm sərgisi açılıb

Nəsiminin 650 illiyi münasibətilə İstanbulda rəsm sərgisi açılıb
25 oktyabr 2019
# 11:44

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə İstanbulun Yeditepe Universitetində "Dünya uşaqların gözü ilə" mövzusunda beynəlxalq uşaq rəsm sərgisi açılıb.

Sərgi universitetin müəllimi, azərbaycanlı rəssam Rafiq Əzizin təşəbbüsü ilə reallaşıb.

Tədbirdə Türkiyə, Azərbaycan, Rusiya, Qırğızıstan, Gürcüstan, İtaliya və bir sıra digər ölkələrdən 300-ə yaxın məktəbli-rəssamın əsərləri nümayiş olunur.

Sərginin açılış mərasimində çıxış edən universitetin qurucusu və rəhbəri Bədrəddin Dalan Nəsiminin həyatı və yaradıcılığı barədə iştirakçılara məlumat verib.

Rektor gənc rəssamlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sərgi oktyabrın 26-dək davam edəcək. /azertag.az/

# 2151 dəfə oxunub

Müəllifin son yazıları

# # #