"TƏK" Yaradıcılıq Platforması ilk tamaşasını təqdim edir

"TƏK" Yaradıcılıq Platforması ilk tamaşasını təqdim edir
18 iyun 2019
# 10:23

Gənclərin yaratdıqları platforma ilk tamaşasını oynayacaq.

Qurumdan kulis.az-a verilən xəbərə görə, gənc teatr sənətçiləri tərəfindən yaradılmış “TƏK (TeatrƏdəbiyyatKino)” Yaradıcılıq Platforması “İt ürəyi” tamaşasını nümayiş edəcək.

Mixail Bulqakovun eyni adlı povesti əsasında qurulmuş tamaşanın müəllifi rejissor Asiman Ağa Rövşən, Platformanın bədii rəhbəri teatrşünas Dağlar Yusifdir. Tamaşa 19 iyun, saat 19 00-da Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində oynanılacaq.

Qeyd: Tamaşaya biletləri əldə etmək üçün 050 331 55 01, əlavə məlumat üçün isə 051 503 59 03 nömrələrinə zəng edə bilərsiniz.

# 2038 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #