İngiltərədə hərraca çıxarılan Osman Hamdi Beyin “Yaşıl Məsciddə Quran Dərsi” tablosu 4 milyon 640 min sterlinqə satıldı.
Kulis.az türk mediasına istinadən xəbər verir ki, 129 illik əsər antik dövr əsərlərini sevənlərin marağına səbəb olub.
Xatırladaq ki, türk rəssamın “Quran Oxuyan Qız” tablosu da ötən ay İngiltərədə keçirilən hərracda 2 milyon 12 min sterlinqə satılmışdı.