Bakıda beynəlxalq kino festivalı film qəbuluna başladı

Bakıda beynəlxalq kino festivalı film qəbuluna başladı
27 avqust 2019
# 10:02

10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı filmlərin qəbuluna start verib.

Kulis.az-ın festivalın Təşkilat Komtitəsinə istinadən verdiyi xəbərə görə, festivala qatılmaq istəyənlər sentyabrın 20-dək festivalın saytına daxil olub qeydiyyatdan keçə və filmlərini göndərə bilərlər.

Festivalın şərtlərinə görə, müsabiqəyə 35 yaşına qədər rejissorlar 2018-2019-cu illərdə istehsal olunmuş, xronometrajı 35 dəqiqədən çox olmayan bədii, sənədli və animasiya filmləri ilə qoşula bilər.

Qaydalara görə, festivalın baş mükafatı olan “Qızıl Nar” uğrunda mübarizə aparacaq filmləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Festivalın şərtləri haqda ətraflı məlumat almaq istəyənlər filmfestival.az saytına daxil ola bilərlər.

Həmçinin Təşkilat Komitəsindən saytımıza verilən xəbərə görə, 6-9 noyabr aralığında baş tutacaq festivala artıq Xorvatiya, Bosniya- Hersoqovina və İtaliyadan filmlər daxil olub.

# 2122 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #