Azərbaycanda bayağı mahnılar səsləndirən radio açıldı

Azərbaycanda bayağı mahnılar səsləndirən radio açıldı
6 iyun 2016
# 14:36

Azərbaycanda "Köhnə Bakı" adlı şanson radio açılıb. Kulis.azın verdiyi məlumata görə radioda küçə mahnıları, meyxanalar və "bayağı mahnı" kimi qəbul olunan yüngül musiqi janrında nümunələr səsləndirilir.

Radionun təsisçisi, jurnalist Alik Əlioğlu bildirib ki, son zamanlar gənclərin bu sayaq musiqilərə ifrat marağını nəzərə alaraq belə bir radio yaratmaq qərarına gəlib: “Televiziya efirlərində tez-tez belə mahnıların dinləyicilərin musiqi zövqünü korladığını deyirlər, amma məsələ o qədər də qəliz deyil. İstəməyən dinləməsin.”

"Köhnə Bakı" radiosuna http://kohnebaki.com/radio saytından canlı qulaq asa bilərsiniz.

# 1683 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #