“İmadəddin Nəsimi – 40 qəzəl” kitabı təqdim olunacaq

“İmadəddin Nəsimi – 40 qəzəl” kitabı təqdim olunacaq
5 noyabr 2019
# 18:43

12 noyabr saat 11-də Beynəlxalq Mətbuat Mərkəzində “Kitab Evi” İctimai Birliyinin “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” adlı layihəsi əsasında çap olunmuş “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitab və şairin səsləndirilən qəzəllərindən ibarət diskin təqdimatı keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, kitabın tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova, bədii redaktor və ön sözün müəllifi tarix elmləri doktoru, professor Şahin Fazil (Fərzəliyev), qəzəlləri toplayan BAU-nin filologiya fakültəsinin tələbəsi, şair Ümid Nəccari, fars dilindən bədii və sətri tərcümə edən ədəbi tənqidçi, şair, tərcüməçi Dalğa Xatınoğlu, üz qapağındakı şəklin müəllifi şair, rəssam Sehran Allahverdidir.

Kitab “Qanun" Nəşriyyatında nəşr olunub.

# 2874 dəfə oxunub

Müəllifin son yazıları

# # #