Nobel mükafatının Asiyada analoqu sayılan "Şao" mükafatının builki qalibləri müəyyən olunub.
ONA-nın science.gov.az-a istinadən verdiyi məlumata görə, bu il astronomiya sahəsi üzrə mükafata Günəş sisteminə dair biliklərin təkmilləşdirilməsi və planetlərarası əlaqələrin öyrənilməsindəki xidmətlərinə görə, ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun professoru Edvard Stoun layiq görülüb.
Biologiya və tibb sahəsində "Şao" mükafatı DNT-nin zədələnmiş hissələrinin bərpası sahəsindəki işlərinə görə ABŞ-ın Cornell Universitetinin professoru Maria Yasinə verilib.
- Habil Əliyev I Fəxri Xiyabanda dəfn ediləcək
- “Xəzər” jurnalının yeni sayı çapdan çıxıb
- Rusiyada yazıçıların Assosiasiyasi yaradılıb
Riyaziyyat sahəsində mükafata isə konsentrasiya bərabərsizliyi, supremumların stoxastik proseslərinin öyərilməsində və spinli şüşələr sahəsindəki nailiyyətlərinə görə sorboniyalı riyaziyyatçı Mişel Talaqran layiq görülüb.
Qeyd edək ki, 2002-ci ildə xeyriyyəçi Şao Yifu tərəfindən təsis edilən bu mükafat hər il astronomiya, riyaziyyat, biologiya və tibb sahəsində kəşflər və mühüm nailiyyətlər əldə etmiş alimlərə verilir. Hər bir mükafatın məbləği 1 milyon 200 min ABŞ dolları təşkil edir.