Bu gün Nəsimiyə həsr olunmuş konsert olacaq

Bu gün Nəsimiyə həsr olunmuş konsert olacaq
23 oktyabr 2019
# 09:46

Bu gün saat 19-da Beynəlxalq Muğam Mərkəzində “Dədə Qorqud” ansamblı “Haqq mənəm, haqq məndədir” adlı musiqili, ədəbi-bədii gecə təşkil edəcək.

APA-nın məlumatına görə, konsert Nəsiminin 650 illik yubileyinə həsr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan tədbirdə Əməkdar artist Nuriyyə Hüseynovanın və “Dədə Qorqud” ansamblının üzvlərinin ifaları səslənəcək.

# 2030 dəfə oxunub

Müəllifin son yazıları

# # #