Bakıda film çəkən məşhur rejissor vəfat etdi

Bakıda film çəkən məşhur rejissor vəfat etdi
1 iyul 2019
# 11:56

Çili rejissoru Sebastian Alarkon vəfat edib.

APA-nın aif.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə rejissorun keçmiş həyat yoldaşı Tatyana Yakovleva xəbər verib.

S. Alarkon xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, SSRİ-yə oxumağa gəlib və 1973-cü ildə Çilidə baş verən çevrilişdən sonra Rusiyada yaşayıb.

S. Alarkon 16 film çəkib.

Qeyd edək ki, onun "Çili üzərində gecə" və nobelli yazıçı Mario Varqas Lyosanın "Şəhər və itlər" romanı əsasında ekranlaşdırdığı "Yaquar" filmlərinin bəzi hissələri Bakıda çəkilib.

# 1321 dəfə oxunub

Müəllifin son yazıları

# # #