Stiven Kinq silahlanma əleyhinə çağırış etdi

Stiven Kinq silahlanma əleyhinə çağırış etdi
22 fevral 2018
# 10:44

Dünya şöhrətli yazıçı Stiven Kinq silahlanma əleyhinə çağırış edib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, yazıçı ABŞ-ın Men ştatı konqrensinin üzvünü silahlanma haqqını müdafiə edən bir dərnəkdən minlərcə dollar almasına görə sərt tənqid edib.

Xatırladaq ki, noyabr ayında yazıçı öz tvitter hesabında Men əyalətinin vətəndaşlarını Beynəlxalq Tüfəng Dərnəyindən dəstək alan Respublikaçı Poliquinə səs verməməyə çağırmışdı.

Yazıçının silahlanma əleyhinə çoxlu paylaşımları diqqət çəkir.

# 1207 dəfə oxunub

Müəllifin son yazıları

# # #