Həmyerlimiz beynəlxalq müsabiqədə qalib olub

Həmyerlimiz beynəlxalq müsabiqədə qalib olub
20 dekabr 2017
# 10:10

Ankarada İkinci Beynəlxalq “Dədə Qorqud” teatr əsərləri müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin qalibləri arasında həmyerlimiz Pərvin Nurəliyeva da vardır.

Müsabiqə TÜRKSOY ilə Avrasiya Yazıçılar Birliyi tərəfindən birgə təşkil olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Ankaradakı mənzil-qərargahında keçirilən mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman və digərləri bu cür müsabiqələrin türk dünyasının qardaş xalqları arasında əlaqələrin daha da möhkəmlənməsinə, türk mədəniyyətinin təbliği işinə mühüm töhfə verdiyini bildirdilər.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu məlumat verib ki, 48 əsərin təqdim edildiyi müsabiqənin qalibləri arasında tanınmış yazıçılarla yanaşı, gənc qələm sahibləri də var. Münsiflər heyətinin üzvləri qalibləri müəyyənləşdirərkən biri-birindən maraqlı əsərlərlə tanış olublar. /azertag.az/

# 1037 dəfə oxunub

Müəllifin son yazıları

# # #