Varisin hekayəsi nüfuzlu Rusiya almanaxında

Varisin hekayəsi nüfuzlu Rusiya almanaxında
29 yanvar 2016
# 22:47

Moskvada Rusiya Yazıçılar Birliyinin təqdimatında “Proza 2015” üçcildliyi işıq üzü görüb. Kulisin məlumatına görə Varisin “Qu quşu rəqsi” hekayəsi də almanaxa daxil edilib.

İnsanın ətraf mühitlə amansız böyük müharibəsi fonunda onun qəlbi ilə düşüncəsinin kiçik müharibəsindən bəhs edən “Qu quşu rəqsi” həm də işıqla zülmətin, gözəlliklə eybəcərliyin vəhdətdə yaşamaq məhkumluğundan kənaraçıxmanın acı nəticələrindən söz açır.

Müxtəlif ədəbi qəzet, jurnal və portallarda dərc olunmuş, habelə kitab və almanaxlara daxil edilmiş diqqətçəkən hekayələrdən ibarət üçcldlikdə Leonid Aronov, Lev Yefremov, Darya Fedorçuk, Olst Peterson, Anna Ekkel, Albert Qrin, Nodar Xatiaşvili, Alfrid İzatulin, Andrey Bajenov kimi yazıçıların da əsərləri yer alıb.

# 1055 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #