Rəşid Behbudovun həyat yoldaşı vəfat edib

Rəşid Behbudovun həyat yoldaşı vəfat edib
3 may 2017
# 10:46

Mərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib. Bu barədə APA-ya məlumatı Ceyran Behbudovanın kürəkəni Kamil Şahverdiyev məlumat verib.

Onun sözlərinə görə, C. Behbudova mayın 2-də dünyasını dəyişib: “Yayda infarkt keçirmişdi, o vaxtdan səhhətində ciddi problemlər var idi. Dünən axşam dünyasını dəyişdi. Vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Ceyran xanım Yasamal qəbiristanlığında, ailə üzvlərinin yanında dəfn olunacaq”.

# 932 dəfə oxunub

Müəllifin son yazıları

# # #