Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb.
Kulis.az xəbər verir ki, üç gün davam etmiş sərgi-yarmarkada həm yerli, həm də 22 ölkəni təmsil edən xarici poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak ediblər.
Sərgi-yarmarka çərçivəsində çoxsaylı tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlər keçirilib. Bu müddət ərzində oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olmaq imkanı qazanıblar.
- Ana sevgisinə həsr olunmuş şeirlər
- Yeni internet kanalı fəaliyyətə başladı - Video
- Barak Obama: keçmişdən bu günə FOTOLENT
Sonda VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edilib.
Xatırladaq ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. Sərgi-yarmarka çərçivəsində 68 tədbir keçirilib.