Vaqif Bayatlıdan xəbər var – YENİLƏNİB

Vaqif Bayatlıdan xəbər var – <span style="color:red;">YENİLƏNİB
8 avqust 2016
# 22:24

“Şair Vaqif Bayatlı əməliyyat olunmayacaq.” Bu barədə Kulis.aza şairin həyat yoldaşı Tamam Bayatlı deyib.

O bildirib ki, Vaqif Bayatlı artıq bir neçə gündür ki, İstanbul Memorial xəstəxənasındadır: “Onu burada professor Adil Qeybulla müşayiət edib. Xəstənada Adil Qeybullanın da iştirakı ilə beyin cərrahları və kardioloqlar konsilium keçiriblər. Qərara gəliblər ki, Vaqif Bayatlının həm beynində, həm də ürəyində problem olduğu üçün əməliyyat olunmasın. Amma müalicə Azərbaycanda hələ tətbiq olunmayan bir formada aparılacaq.”

Şairin xanımı Vaqif Bayatlının həftəsonu Azərbaycana qayıdacağını deyib.

***

Vaqif Bayatlı bu gün Türkiyədə əməliyyat olunacaq. Bu barədə Kulis.aza şairin həyat yoldaşı Tamam Bayatlı məlumat verib.

O, bildirib ki, Vaqif Bayatlı ürəyindən və beynindən əməliyyat olunacaq. Əməliyyat bu gün həyata keçiriləcək.

Xatırladaq ki, şair Vaqif Bayatlı uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir.

# 1244 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #