Ərinin telefonuna baxan qadına böyük şok

Ərinin telefonuna baxan qadına böyük şok
19 may 2016
# 14:12

Birləşmiş Ərəb Əmirliklərində ərinin xəyanət edib-etmədiyini öyrənmək üçün onun telefonuna baxan qadın 150 min dirhəm (60 min manat) cərimələnib. Kulis.Azın xarici mətbuata istinadən verdiyi məlumata görə məhkəmə adı, vətəndaşlığı açıqlanmayan ərəb qadını deportasiya edib.

Qadın ərinin şikayətinə görə cəzalandırılıb. Məhkəmə bu cəzanı şəxsi həyatın toxunulmazlığı prinsipi ilə izah edir. Qadının vəkili isə müvəkkilinin ərinin xəyanətinə görə telefonundakı şəkilləri öz telefonuna yolladığını bildirib.

# 1048 dəfə oxunub

Müəllifin son yazıları

# # #