Tarkovskinin oğlu atasından film çəkdi

Tarkovskinin oğlu atasından film çəkdi
23 oktyabr 2019
# 15:22

Böyük rus rejissoru haqqında ekranlaşdırılan "Andrey Tarkovski. Kino duaya bənzəyir" adlı sənədli film Rusiya kino kirayəsinə təhvil verilib.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, rejissorun oğlu Andrey tərəfindən ekranlaşdırılan film artıq Rusiyanın Sankt-Peterburq, Ryazan şəhərlərində nümayiş olunub.

Filmin əsas süjet xətti rejissorun arxivi üzərində qurulub. Daha çox audio və video yazılardan istifadə olunan filmdə Tarkovskinin səsli müsahibələri, mühazirələri və atasının şeirlərinin qiraəti yer alır.

Rejissorun oğlu bildirib ki, filmdə istifadə olunan materialların bir yerə toplanması üçün on beş ilə yaxın vaxt sərf olunub. Onun sözlərinə görə bu film atasının həyatı, taleyi və sənəti haqqında böyük monoloqdur.

Xatırladaq ki, sənədli filmin premyerası “76-cı Venesiya film festival”ında keçirilib.

# 1904 dəfə oxunub

Müəllifin son yazıları

# # #