Rusiyanın Tolyatti şəhərində yaşayan soydaşımız, rəssam Bayram Salamovun Saranskda sərgisi açılıb.
Bayram Salmanovun “Nar çiçəyi” adlanan sərgisində 30-dan çox rəngkarlıq əsəri, dekorativ tətbiqi sənət nümunələri toplanıb. Ekspozisiya Saranskın S.M.Erzi adına Muzeyində nümayiş etdirilir.
Bayram Salmanov Şəkidə dünyaya gəlib, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Akademiyasını bitirib, 1990-cı ildən Tolyattidə yaşayır. Onun yaradıcılığı təkcə Rusiya deyil, həm də İspaniya, Almaniya, Böyük Britaniya, Kanada və digər ölkələrin sənətsevərlərinə yaxşı tanışdır.
- Nizaməddin Şəmsizadənin açıq məktubu
- Anam qonşulardan utanırdı – Musa Yaqubun qızı yazır...
- Bakıda "Türk filmləri həftəsi" başlayır
B.Salamov Rusiya Rəssamları Yaradıcılıq Birliyinin üzvü, bir çox mötəbər mükafatların laureatıdır. Tolyattidə yaratdığı art-qalereyada öz əsərləri ilə yanaşı, az tanınan istedadlı rəssamların rəsmlərini də nümayiş etdirir. /azertag.az/