"İmtahan"ın Pərvizi mükafat qazandı

"İmtahan"ın Pərvizi mükafat qazandı
27 dekabr 2017
# 16:03

“TEDUA” prodakşn və “QAFQAZ – MEDIA” İctimai Birliyi 2017-ci ildə fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri mükafatlandırıb.

Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən kulis.az-a verilən xəbərə görə, teatrın gənc aktyoru Nicat Əli də “İlin ən sevilən aktyoru” nominasiyasında mükafata layiq görülüb.

Nicat Əli 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında aktyor kimi fəaliyyət göstərir. “999-cu gecə” (Maruf), “Hacı Qara” (Heydər bəy), “Qafqazlı qardaşqızı” (Arif), “Silva” (Ronsdorf), “Yatmış gözəl və yeddi cırtdanlar” (Kral) kimi tamaşalarda əsas rolların ifaçısı kimi çıxış edib.

Türkiyənin TRT1 telekanalında yayımlanan “Zəngin qız, fakir oğlan” serialında həkim Ramin obrazı ilə məşhurlaşan aktyor Nicat Əli, eyni zamanda, ölkəmizdə

nümayiş olunan “Sirr” (Rövşən), “Döngələr” (Etibar) serialında çəkilib.

Hazırda aktyor “İmtahan” (Pərviz) serialında iştirak edir.

# 1042 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #