"Çukur" serialı məhkəməyə verildi

"Çukur" serialı məhkəməyə verildi
1 noyabr 2019
# 12:10

Məşhur hüquq müdafiəçisi Funda Sadıkahmet “Çukur” serialını məhkəməyə verib.

Kulis.az türk mətbuatına istinadla xəbər verir ki, vəkil bu addımı serialda peşəsinin təhqir olunması ilə əlaqələndirib. O, bildirib ki, serialın 29 oktyabr 2019-cu ildə yayımlanan seriyasında vəkil obrazı təhqir olunub, həmin obraz isə təzyiqlərə cavab verməyərək zorakılığa boyun əyib. Funda Sadıkahmet bu durumun tamaşaçı gözündə adiləşdirilməsinin cinayət olduğunu bildirib.

Qeyd edək ki, “Ay yapım”ın istehalı olan “Çukur” serialı “Show TV”-də yayımlanır.

# 2336 dəfə oxunub

Müəllifin son yazıları

# # #