Birand xanımıyla davada - VİDEO

Birand xanımıyla davada - VİDEO
18 yanvar 2013
# 11:07

Türkiyənin məşhur xəbər jurnalisti Mehmət Əli Birand vəfat edib.

APA-nın xəbərinə görə məlumat onun əməliyyat olunduğu xəstəxanadan verilib. Birandın oğlu Umud Birand da jurnalistlərin qarşısına çıxaraq, atasının öldüyü xəbərini təsdiqləyib.

APA-nın məlumatına görə, bu gün günün birinci yarısında “Hürriyet” qəzeti yanvarın 16-da öd kisəsindən əməliyyat olunan 72 yaşlı M. Ə. Birandın beyin funksiyalarının dayandığı xəbərini verib. Lakin jurnalistin oğlu Umur Birand “Twitter” vasitəsilə bu informasiyanı təkzib edərək atasının reanimasiyada olduğunu bildirib və hər kəsdən atası üçün dua etməsini istəyib.

M. Ə. Birandın müalicə olunduğu xəstəxanadan da açıqlama gəlib. İstanbuldakı Amerikan Xəstəxanası M. Ə. Birandın reanimasiyada müalicəsinə davam edildiyini bəyan edib.

Qeyd edək ki, jurnalist daha əvvəl cərrahiyyə əməliyyatı olunaraq öd kisəsinə stend taxılmışdı. Son cərrahiyyə əməliyyatı stendin dəyişdirilməsi məqsədilə aparılıb.

1941-ci il 9 dekabrda İstanbulda anadan olan Mehmet Əli Birand peşə fəaliyyətinə ilk dəfə 1964-cu ildə “Milliyət” qəzetində başlayıb. “Sabah” qəzetində köşə yazarlığı edən Birand TRT və Show TV-də “32 Gün” proqramı, eyni zamanda Show TV-də xəbərlər proqramının aparıcısı olub.

Birand TRT telekanlında işlədiyi zaman dələduzluq maddəsilə ittiham olunaraq haqqında cinayət işi açılıb. Ankara Məhkəməsinin 1994/1315 saylı hökmü ilə TRT-yə vurduğu maddiz zərərə görə 11 ay 20 gün həbs cəzası alıb. Sonradan TRT-yə dəymiş maddi ziyanı ödədiyi üçün həbs cəzası pul cəzası ilə əvəzlənib.

CNN Türk telekanalının rəhbəri olmaqla yanaşı telekanalda xəbər proqramı “Manşet” və “32 Gün”, Kanal D kanalında isə axşam xəbərlərini aparırdı.

# 4004 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #